Əməkdar artist: "Evdə kişinin sözü keçməlidir"
“Evdə kişinin sözü keçməlidir. Azərbaycan ailəsində bu, belə olmalıdır”.
Patrulaz.az xəbər verir ki, bu fikirləri Əməkdar artist Zakir Əliyev “Qonaqcanlı” verilişində səsləndirib. Qadın-kişi münasibətlərindən danışan müğənni əlavə edib:
“O evdə ki, qadın idarə edir, orada bərəkət olmur. Xanımlar bunu özləri başa düşməlidir. Allah kişini üstün yaradıb. Əgər kişidirsə, onun səsi çıxmalıdır”.






