media-inshot_20250820_205612913

Qızıl həm sərvət, həm də strateji güc simvoludur. Dünyada ən çox qızıl ehtiyatına sahib ölkələr hər zaman diqqət mərkəzində olub.

Bəs bu siyahıda ön sıralarda yer alan ölkələr hansıdır?

Patrulaz.az dünyada ən çox qızıl ehtiyatı olan 5 ölkəni təqdim edir:

ABŞ – 8,133 ton

ABŞ uzun illərdir qızıl ehtiyatında liderdir. Əksəriyyəti məşhur Fort Knox anbarında saxlanılır. ABŞ-nin qızıl ehtiyatı dünya üzrə ümumi ehtiyatın təxminən 25%-ni təşkil edir.

Almaniya – 3,350 ton

Almaniya İkinci Dünya Müharibəsindən sonra qızıl ehtiyatını artırmağa başlayıb. Uzun illər bu qızılın böyük hissəsi ABŞ və Fransada saxlanılsa da, son illər geri qaytarılıb.

İtaliya – 2,450 ton

Avropanın aparıcı ölkələrindən biri olan İtaliya qızıl ehtiyatını milli sərvət və iqtisadi sabitlik üçün qoruyur.

Fransa – 2,436 ton

Fransa uzun illər qızılı gücün rəmzi hesab edib. Onların qızıl ehtiyatı həm siyasi, həm də iqtisadi təsir vasitəsi kimi saxlanılır.

Rusiya – 2,300 ton

Rusiya son onilliklərdə qızıl ehtiyatını sürətlə artırıb. Bunun səbəbi ABŞ dollarından asılılığı azaltmaq və iqtisadi təhlükəsizliyi gücləndirməkdir.

Bir maraqlı faktı da qeyd edək ki, dünya üzrə ən çox qızıl hasil edən ölkə isə Çindir. Amma Çin hasil etdiyi qızılı daha çox daxili bazarda saxlayır və dövlət ehtiyatlarına əlavə edir.

Ləman Sərraf


Bənzər xəbərlər