media-inshot_20250822_084552373

Braziliyada kişi həyat yoldaşını qonşularının gözü önündə baltalayaraq qətlə yetirib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, orta yaşlı kişi qısqanclıq zəminində arvadına balkonda açıq pəncərə önündə  baltayla xəsarətlər yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə qonşular qışqırıq səsləri eşidib və mübahisəni telefonlarına çəkməyə başlayıblar. Daha sonra kişi əlindəki balta ilə həyat yoldaşına hücum edib.

Məlumata görə, 37 yaşlı qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Dəhşətli mənzərəni görən yerli sakinlər dərhal polisə məlumat veriblər.

Qeyd edək ki, təhlükəsizlik orqanlarının açıqlamasında bildirilib ki, bu hadisə son illərin ən qəddar məişət zorakılığı cinayətlərindən biri kimi qiymətləndirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər