media-inshot_20260424_161806199

İranın Xarici İşlər naziri Abbas Əraqçinin cümə günü gecə saatlarında kiçik nümayəndə heyəti ilə birlikdə İslamabada gələcəyi gözlənilir.

Patrul.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İran rəsmisi İslamabadda ABŞ ilə sülh danışıqları aparacaq.

ABŞ rəsmilərinin artıq orada olduğu da vurğulanıb:

“ABŞ-nin logistika və təhlükəsizlik komandası danışıqlar üçün artıq İslamabaddadır”, – deyə qeyd olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər