Ərinin meyitini vannada saxlayan qadın yenidən saxta kimliklə həbs edildi - VİDEO
Türkiyədə ərini öldürüb 9 ay vannada gizlədən qadın, həbsxanadan qaçdıqdan sonra saxta kimliklə yaxalanıb.
Patrulaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kırıkkale şəhərində 18 il əvvəl qadın öz ərini tapança ilə öldürüb. Qətldən sonra o, ərinin meyitini 9 ay müddətində evinin hamamında gizlədib.
Daha sonra qadının cinayəti ortaya çıxıb və o, tutularaq həbsxanaya göndərilib. Lakin 51 yaşlı qadın oradan qaçmağı bacarıb.
Bu gün isə cinayətkar saxta vəsiqə ilə təkrar saxlanılıb.
Qadının saxlanma anından görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova






