media-inshot_20250612_121538004

Ermənistanla Azərbaycan arasında mümkün ərazi mübadiləsi ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Patrulaz.az “Publika.az”a əsasən xəbər verir ki, “Hraparak” nəşri bildirib ki, Ermənistan yaxın vaxtlarda öz ərazisinin təxminən 180 kvadrat kilometrini Azərbaycana verəcək, bunun müqabilində isə cəmi 25 kvadrat kilometr ərazi alacaq.

Nəşr bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev arasında sərhədlərin delimitasiyası məsələləri ilə bağlı danışıqlar aparılıb. Tərəflər Ermənistan-Azərbaycan sərhədinin yeni keçidi ilə bağlı razılığa gəliblər. Qeyd olunur ki, bu prosesdə Ermənistanın Delimitasiya Komissiyası iştirak etməyib:

“Bizim ixtiyarımızda olan xəritələrə görə, Sərhədin bütün uzunluğu boyunca Azərbaycan tərəfi irəliləyir; bəzi hissələrdə onların xətti Ermənistan ərazisinin dərinliklərində sıxılır”.

“Hraparak”ın məlumatına əsasən, təqdim olunan delimitasiya layihəsi demək olar ki, başa çatıb və Tavuşdan Sünikə qədər yeni sərhədin əsas hissəsi müəyyən edilib. Bütün sahələrdə Ermənistan uduzur, Azərbaycan isə mövqelərini gücləndirir. Bununla yanaşı, anklav və eksklavlarla bağlı məsələlərin hələ müzakirə olunmadığı, növbəti mərhələyə saxlandığı vurğulanır.

Qeyd edək ki, dərc olunan xəritədə Ermənistana veriləcək ərazilər sarı, Azərbaycana veriləcək sahələr isə bənövşəyi rənglə göstərilib.

media-xerite


Bənzər xəbərlər