media-1738644509_1731300224_1679996666_1570353417_baku-baki-azerbaycan

“44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan Ermənistana sülh əlini uzatdı və iki dövlət arasında münasibətlərin normallaşması, sülh müqaviləsi üzrə işin aparılmasını təklif etmişdi. Lakin tarixi zəfərimizdən 4 ildən çox zaman keçməsinə baxmayaraq, prosesdə mühüm dəyişiklik olmayıb. Ermənistanın rəhbərliyi sülhdən danışsa, sözlər və bəyanatlar arxasında heç bir hərəkət, əməl görünmür. Bu da ondan xəbər ki, Ermənistan bu gün sülhdən uzaqdır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Kamran Bayramov deyib.

media-img_6489
Deputat bildirib ki, Ermənistan revanşist ritorikanın təkrarlanmasına və silahlanmaya üstünlük verir: “Bu da təbii ki, regionda sülhün bərqərar olunmasına təhdidlər formalaşdırır.

Ermənistan rəsmi şəxslərinin münasibəti sülh prosesinə və ikitərəfli əlaqələrin inkişafına çox böyük zərbədir. Onlar sülhdən danışsalar da, digər tərəfdən dünya ictimaiyyətini Azərbaycana qarşı yönləndirməyə çalışırlar. Bu qeyri-konstruktivlik sülh müqaviləsi layihəsi üzərində işin gedişatına çox böyük mənfi təsir göstərir. Düşünürəm ki, artıq Ermənistan rəhbərliyi apardığı siyasətlə istəklərinə nail olmayacaq. Çünki Azərbaycan öz şərtlərini və mövqeyini açıq şəkildə bildirib və bu mövqeyindən bir addım belə geri çəkilməyəcək”.


Bənzər xəbərlər