media-inshot_20260415_210842784

Ermənistanın hava məkanında bütün növ ümumi aviasiya uçuşlarına, o cümlədən mülki pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinə müvəqqəti qadağa qoyulub.

Patrul.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi rəsmi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər 3-5 may 2026-cı il tarixlərini əhatə edəcək.

Qərarın qəbul edilməsinə səbəb həmin tarixlərdə ölkədə keçiriləcək genişmiqyaslı beynəlxalq tədbirlərdir. Belə ki, may ayının ilk günlərində İrəvanda aşağıdakı görüşlərin keçirilməsi planlaşdırılır:

8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısı;

Ermənistan-Aİ Sammiti;

“Yerevan Dialoqu” forumu.

Komitə bəyan edib ki, ölkəyə gələcək çoxsaylı xarici nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə hava məkanı mülki uçuşlar üçün tam qapalı olacaq.


Bənzər xəbərlər