media-15c118ad-c313-4680-9acd-1b3b451352de

“Beynəlxalq praktikada müharibələr başa çatanda tərəflər bir-birinə minalanmış ərazilərin xətritələrini təqdim edirlər. Amma Ermənistan üçün nə beynəlxalq hüquq, nə də beynəlxalq təcrübə bir əhəmiyyət daşımır. Çünki, Ermənistan həmişə beynəlxalq hüququ tapdalamış və məhəl qomamışdır. Ona görə də müharibənin başa çatmasına baxmayaraq, Azərbaycana minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

media-img_8659

O bildirib ki, Ermənistanın döyüş meydanında məğlub olması ilə müharibə başa çatsa da, Azərbaycana qarşı olan düşmənçiliyi davam etdirməkdədir: “Məhz onun nəticəsidir ki, müharibənin başa çatdığı dövrdə 400-ə yaxın vətəndaşımız Ermənistanın basdırdığı minalara düşərək ya həlak olub, ya da xəsarət almışdır. Burada beynəlxalq ictimaiyyətin susması və ikili standartlardan yanaşması ədalətsizliyin göstəricisidir. Çünki, beynəlxalq ictimaiyyət minalanmış ərazilərin dəqiq xəritələrinin Azəerbaycana verilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. O cümlədən beynəxlaq təcrübədə müharibələrin başa çatdığı ölkələrə ərazilərini minalardan və partlayıcı sursatlardan təmizlənməsi üçün dəstək göstərilir. Məhz beynəxlaq dəstəyin olacağı təqdirdə ərazilər partlayıcı maddələrdən təmizlənir, dinc və təhlükəsiz həyatın qayıtmasına şərait yaranır. İşğaldan azad olunmuş ərazilərimiz dünyada ən çox minalarla çirkləndirilmiş ərazilər hesab olunur. Amma çox təəssüf ki, bu məsələdə beynəlxalq ictimaiyyətin dəstəyini görmürük. Ancaq qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olduğunu bildirir. Bu, bizə mənəvi güc veririr. Amma beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqi olmayacağı təqdirdə, mina tələlərinə dinc insanların düşərək xəsarət alması, şərti sərhəddə təxribatlara əl atması halları davam edəcək və bu, həm də Ermənistanın sülhə hazır olmadığını və çirkin niyyətlərindən əl çəkmədiyinin göstəricisidir”.


Bənzər xəbərlər