media-inshot_20251222_210240485

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında MDB tədbirləri çərçivəsində təkbətək görüş keçirilib.

Patrul.az yerli KİV-ə istinadla xəbər verir ki, görüş zamanı Nikol Paşinyan Vladimir Putinə İrəvan və Bakı arasında aparılan sülh prosesinə verdiyi dəstəyə görə təşəkkür edib.

O, həmçinin Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının Rusiya ilə münasibətlər baxımından yeni imkanlar yaradacağını qeyd edib.

Baş nazir görüş çərçivəsində, Ermənistanı Azərbaycanla birləşdirən dəmir yolu xətlərinin bərpası məsələsinə də toxunub. O, Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana qatarların hərəkətə başlamasını tarixi hadisə kimi dəyərləndirib:

“Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafından söhbət gedir və bu proses artıq başlanıb. Belə ki, qatarlar Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə hərəkət edir. Mənim fikrimcə, bu, həqiqətən də tarixi hadisədir və yeni imkanlar açır”, – deyə Paşinyan bildirib.

Xatırladaq ki, Vladimir Putin və Nikol Paşinyan arasında son ikitərəfli görüş 2025-ci ilin sentyabr ayında Kremldə baş tutub. Həmin görüş zamanı Ermənistanın baş naziri və bir sıra xarici ölkə nümayəndə heyətlərinin rəhbərləri VDNX-də yerləşən Atom Muzeyində keçirilən Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvaya səfər etmişdilər.


Bənzər xəbərlər