Ermənistan və İran təhlükəsizlik şuralarının katibləri regional vəziyyəti müzakirə etdilər
Ermənistan Təhlükəsizlik Şurasının katibiErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı baş tutub.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, tərəflər söhbət zamanı Ermənistan–İran münasibətlərindəki ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri nəzərdən keçiriblər.
Danışıqlarda Armen Qriqoryan Ermənistanın ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanan mövqeyini ifadə edərək, regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsində rəsmi İrəvanın yanaşmasını qarşı tərəfə çatdırıb.
Əli Əkbər Əhmədian isə İranın bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olduğunu qeyd edib və Ermənistanın baxışlarını dəstəklədiyini vurğulayıb.
Söhbət zamanı, həmçinin regionda baş verən son hadisələrə dair fikir mübadiləsi aparılıb. Tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilməsinin zəruriliyini xüsusi qeyd ediblər.
Gülbəniz Səfərova






