media-inshot_20260127_205249520

Ermənistan mayeləşdirilmiş təbii qaz və bitumun nəqli ilə bağlı Azərbaycanla razılığa gəlib.

Patrul.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.

Məlumata görə, enerji resurslarının Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə daşınması nəzərdə tutulur.

Xatırladaq ki, oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuatda verdiyi bəyanatda Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğal dövründən bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.

Qeyd edək ki, yanvar ayının ortalarında SOCAR-ın Avstriya və Almaniyaya Azərbaycan təbii qazının tədarükünə başladığı elan edilib. 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazının digər ölkələrlə yanaşı, TAP boru kəməri vasitəsilə Avstriya və Almaniyadakı müştərilərə də tədarük edilməsi planlaşdırılır.


Bənzər xəbərlər