media-inshot_20250721_150506844

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Ruben Akopyan saxlanılıb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, məlumatı onun oğlu, İrəvan Ağsaqqallar Şurasında “Ana Ermənistan” fraksiyasının üzvü olan Samvel Akopyan NEWS.am-a açıqlamasında təsdiqləyib.

“Mən hadisə zamanı evdə deyildim və atamın hansı əsasla saxlanıldığını dəqiq bilmirəm. Bildiyim qədərilə, hüquq-mühafizə orqanları müəyyən sənədlər təqdim ediblər”, – deyə Samvel Akopyan bildirib.

Hazırda hadisənin detalları açıqlanmayıb.

media-default-1
Sabiq deputat Ruben Akopyan

Bənzər xəbərlər