Ermənistan öz konsulunu Azərbaycana casusluq ittihamı ilə saxladı
Ermənistanın Avstriyadakı konsulu İrəvanda Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, iddiaya görə, onun üzərində Azərbaycana casusluqla bağlı şübhələr yaradan sənədlər aşkarlanıb.
Məlumata görə, hadisə iki ay əvvəl baş verib. Lakin böyük qalmaqala səbəb olmasın deyə, Aşxen Aleksanyan haqqında demək olar ki, bütün məlumatlar internetdən və digər açıq mənbələrdən, o cümlədən onun təyinatının rəsmi elanından silinib. Bu yolla o müvəqqəti olaraq gizli saxlanılıb.






