media-inshot_20250703_104522998

Bu gün səhər saatlarında “N” saylı hərbi hissənin əsgərlərini daşıyan hərbi avtomobil qəzaya uğrayıb.

Patrulaz.az “Bizim.Media”ya istinadən xəbər verir ki, hadisə Daşkəsən rayonu istiqamətində qeydə alınıb.

Xoşbəxtlikdən qəza nəticəsində həyatını itirən olmasa da, yüngül xəsarət alanlar var. Hadisənin hansı vəziyyətdə baş verdiyi məlum deyil.

Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb.


Bənzər xəbərlər