media-inshot_20260218_150817446

Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.Bakda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bu kontekstdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin yaratdığı üstünlüklər barədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Patrul.az-a fikirlərini bölüşüb.

O qeyd edib ki, ötən ilin ən önəmli hadisələrindən biri Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tamhüquqlu iştirakçı kimi qoşulması oldu:

“Dövlət başçımızın qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan bu gün dünyada əhəmiyyəti davamlı olaraq artan vahid geosiyasi və geoiqtisadi regiondur. Etnik oxşarlıqlar, ortaq dil, din, mədəni və tarixi köklər Azərbaycan və Mərkəzi Asiya platformasını C6 formatına gətirib. C6 logistika baxımdan da vahid mərkəzdir. Belə ki, bu qrup TDT tərkibində də güclü quruluş yarada bilib, orta güc dövlətləri olaraq formalaşa bilib. Şərq-Qərb marşrutu üzrə Orta Dəhlizin “orta güc” dövlətləri olaraq vahid logistik mərkəz yarada biliblər ki, bu da TRİPP layihəsinin/Zəngəzur dəhlizinin işə düşməsi ilə yüklərin daşınması üçün daha da səmərəli olacaqdır”.

media-img-20260128-wa0049-1

Millət vəkilinin sözlərinə görə, bu inteqrasiya, həm də regional təhlükəsizlik və energetika sahələrində daha geniş imkanlar açır:

“Enerji sahəsində neft boru-kəməri, təbii qazın, yaşıl enerjinin nəqli, fiber-optik kabelin çəkilməsi ilə bağlı uğurlu davam edən layihələr mövcuddur. Zəngəzur dəhlizinin funksional olması ilə enerji əməkdaşlığının əhatə dairəsi C6 çərçivəsində daha da genişlənə bilər.

Bu gün dünya geosiyasi qeyri-stabillik dövrünü yaşayır və ölkələr potensial hərbi və ya kiber təhlükələrlə daha çox üzləşirlər. Buna görə bu sahəyə diqqət, maliyyə artırılır. Bunu nəzərə alaraq, təhlükəsizlik kontekstində C6 ölkələri hərbi təlimlər, müdafiə sahəsində əməkdaşlıqlarını da artırmalıdır”.

“Hazırkı münasibətlərin dinamikası gələcəkdə C6-ın həm daxilində, həm də xaricində – digər quruluş və ölkələrlə də əməkdaşlıqlarının daha da güclənəcəyini deməyə əsas verir”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər