media-inshot_20250829_193747489

Dünyada hər kəs ofisdə oturub işləmək və ya adi peşələrlə pul qazanmaq məcburiyyətində deyil. Bəzi insanlar çox qəribə, hətta bizə gülməli görünən işlərlə dolanır. 

Patrulaz.az sizə onlardan bir neçəsini təqdim edir:

Məsələn, Yaponiyada “qucaqlama xidməti” göstərənlər var. Burada müştərilər sadəcə emosional dəstək üçün onlara müraciət edir.

Bəzi ölkələrdə isə “peşəkar növbə gözləyənlər” var. Kimsə konsert bileti və ya mağaza açılışında saatlarla dayanmaq istəmirsə, pul qarşılığında bu işi başqasına həvalə edir.

Daha qəribəsi, Kanadada “ev qoxusu yoxlayan” insanlar işləyir. Onlar yeni tikilən mənzillərdə xoşagəlməz qoxu olub-olmadığını yoxlayırlar.

Çində isə “peşəkar ağlayanlar” yas mərasimlərində ailələrə qoşularaq pul qarşılığında ağlayır.

Hətta ABŞ-də ev heyvanları üçün “yemək dadan” işçilər də var ki, istehsal olunan məhsulların keyfiyyətini yoxlasınlar.

Belə baxanda, qəribə görünsə də bu işlər bir çoxlarının dolanışıq mənbəyinə çevrilib. Deməli, pul qazanmağın yolları yalnız diplom və klassik peşələrlə məhdudlaşmır. Bəzən sadəcə insanların ehtiyaclarını fərqli yöndən görmək kifayətdir.

Ləman Sərraf


Bənzər xəbərlər