Evin tək oğlu suda boğuldu
Lənkəran şəhərində dənizdə çimərkən yeniyetmə boğularaq həyatını itirib.
Patrulaz.az “APA”nın cənub bürosunun məlumatına əsasən xəbər verir ki, hadisə şəhərin “Kiçik Bazar” adlanan ərazisində, Sahil küçəsində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb olunub. Axtarış tədbirləri nəticəsində onun meyiti sudan çıxarılaraq təcili tibbi yardım avtomobili vasitəsilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, həyatını itirən yeniyetmənin ailəsinin tək övladı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






