media-inshot_20250605_090046130

Balakən rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qazma kəndində baş verib.

İlkin məlumata əsasən, 1970-ci il təvəllüdlü Camal Hidayət oğlu Məmmədov yaşadığı evi qəsdən yandırıb. Nəticədə ona məxsus, ümumi sahəsi 264 kvadratmetr olan, 7 otaqdan ibarət yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın yerinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisədən sonra C. Məmmədov odlu silahla özünə xəsarət yetirib. O, təcili tibbi yardım vasitəsilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər