media-yikim-emrine-ragmen-evini-yiktirmayan-adam-18761111_534_m

Çində kişi evini sökdürməmək üçün üstündə 10 mərtəbəli taxta qüllə tikib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verie ki, Guizhou əyalətində yaşayan Çen Tianminq adlı sakin yerli hakimiyyətin söküntü qərarına tabe olmayıb.

Belə ki, 2018-ci ildə Çenin yaşadığı kənd kurort zonası salınması üçün tamamilə sökülüb, amma o, ailəsinin 1980-ci illərdə tikdirdiyi evi tərk etməyib. Əksinə, o, evi ildən-ilə genişləndirib və nəticədə üstündə 10 mərtəbəli, piramida formasında qəribə bir quruluş yaradıb.

O evi barədə verdiyi açıqlamada bu sözləri deyib:

“Bu evi heç kim sökə bilməz. Biz illərdir burada yaşayırıq. Artıq istirahət kəndi də olmayacaq, bəs mənim evimi niyə dağıtmaq istəyirlər?”

Məlumata görə, ona qarşı çıxarılan rəsmi qərara əsasən, ilkin birmərtəbəli evdən əlavə tikilən hissələr qeyri-qanuni sayılıb və sökülməsi tələb olunub. Amma Çen buna da qarşı çıxaraq tikintini davam etdirib. İndi isə onun evi taxta tirlər, eyvanlar, pilləkənlər və uzantılarla tamamlanmış, gecələr işıqlandırılan qəribə görünüşlü qülləyə çevrilib.

Qeyd edək ki, evin qeyri-adi quruluşu sosial mediada böyük maraqla qarşılanıb. Hətta bəzi Çin media orqanları bu binanı məşhur yapon rejissor Hayao Miyazakinin animasiya filmlərindəki fantastik tikililərlə müqayisə ediblər. Yerli sakinlər isə düşünürlər ki, əgər bina təhlükəsizdirsə, bölgənin rəsmi simvollarından birinə çevrilə bilər.

Gülbəniz Səfərova

media-yikim-emrine-ragmen-evini-yiktirmayan-adam-18761111_1787_m media-yikim-emrine-ragmen-evini-yiktirmayan-adam-18761111_1333_amp media-yikim-emrine-ragmen-evini-yiktirmayan-adam-18761111_9209_m


Bənzər xəbərlər