Evinizdəki böcəklərdən kimyəvi dərmansız xilas olmağın ən sadə ÜSULU
Evimizdə qəfil peyda olan kiçik, boz rəngli böcəklər bir çox hallarda gözümüzdən yayınır. Onlar isti və rütubətli yerləri sevdikləri üçün ən çox vanna otağı, mətbəx və kitab rəflərində gizlənirlər. Bu həşəratlar zərərsiz görünsələr də, zamanla paltar, kitab və sənədlərə ciddi zərər verə bilirlər.
Patrulaz.az-ın məlumatına görə, onlardan xilas olmağın kimyəvi dərmanlardan daha təhlükəsiz və təbii yolu var. Bunun üçün sizə cəmi bir neçə kartof kifayət edəcək.
Belə ki, kartofu yuyub yarıya bölün, kəsilmiş hissəsində kiçik oyuq yaradın və həmin hissələri böcəklərin çox olduğu yerlərə, xüsusən vanna otağı və mətbəxə yerləşdirin. Kartofun tərkibindəki nişasta həşəratları özünə çəkir.
Səhər oyandıqda isə bu onları rahatlıqla görə və kartofu tullaya bilərsiniz. Daha effektli nəticə üçün kartofu alüminium folqa üzərinə qoymaq tövsiyə olunur, bu, böcəklərin qaçmasının qarşısını alır.
Bir neçə gün ərzində bu üsulu təkrarlasanız, evinizin böcəklərdən tamamilə təmizləndiyini görəcəksiniz.
– Kimyəvi qoxu yoxdur;
– Ucuz və sadə üsuldur;
– Tamamilə təbiidir
Patrulaz.az xəbər verir ki, bu üsul ev şəraitində sınaqdan keçirilmiş və bir çox insan tərəfindən ən təsirli təbii həll kimi dəyərləndirilib.






