media-inshot_20260428_115536374

İraqın Kərkük şəhərində yük maşını və 38 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Kərkük–Süleymaniyyə magistral yolunda sementlə yüklənmiş yük maşınının 37 nəqliyyat vasitəsinə çırpılması nəticəsində baş verib.

Hadisə nəticəsində 7 nəfər ölüb, 23 nəfər isə yaralanıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların bəzilərinin müalicəsi Türkiyədə davam etdirilir.

Bildirilib ki, qəzaya səbəb yük maşınının əyləclərinin nasaz olmasıdır.

Hadisənin görüntüləri dəhşətlidir. Yük maşınının digər nəqliyyat vasitələrinə çırpılması nəticəsində bəziləri alovlara bürünüb.

Baş verən faciə ilə əlaqədar Kərkükdə matəm elan olunub.

Qeyd edək ki, hadisədən sonra oxşar qəzaların qarşısını almaq üçün uzun nəqliyyat vasitələrinin günorta saatlarında şəhər mərkəzinə girişi qadağan edilib.

media-1200xauto media-24374230-860x480 media-kerkukte-korkunc-kaza-freni-arizalanan-tir-37-araci-bicti-cok-sayida-olu-ve-yarali-va-1786779_202604270945_20260427094538_1


Bənzər xəbərlər