Əyləncə məkanına silahlı hücum: İş adamı öldü
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində yerləşən əyləncə mərkəzlərindən birində silahlı insident baş verib.
Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə saat 00:30 radələrində qeydə alınıb.
Məlumata görə, hadisə bir neçə naməlum şəxsin avtomobillə məkana gələrək atəş açması nəticəsində baş verib.
Atışma nəticəsində iş adamı Volkan Berberoğlu və daha bir nəfər olmaqla ümumilikdə 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyatlara başlayıb.

Gülbəniz Səfərova






