media-inshot_20251219_233443544

Bank sektorunda kredit münasibətləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də “faizdən faiz” anlayışıdır. Vətəndaşlar və sahibkarlar kredit öhdəliklərini yerinə yetirərkən bəzən borcun ilkin məbləğindən dəfələrlə artması ilə qarşılaşır və bunun hüquqi əsaslarının olub-olmaması sual doğurur. Xüsusilə gecikmələr, restrukturizasiya və məhkəmə çəkişmələri zamanı bankların əlavə faiz hesablaması mövzusu cəmiyyətdə ciddi maraq və narahatlıq yaradır. Banklar doğrudanmı faizdən faiz tuta bilər və bu hansı hallarda mümkündür?

Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, gecikdirmə faizi yalnız əsas borca hesablanır və faizdən faiz tutulması qadağandır:

“Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında qeyd edilir ki, Mülki Məcəllənin 445.7 və 449-cu maddələrinin məzmununa görə, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulması ilə nəticələnir ki, bu da qanunvericiliklə qadağan edilir”.

media-inshot_20251219_233310297

Hüquqşünasın sözlərinə görə, Ali Məhkəmənin mövqeyinə görə, faiz borcu əsas borca çevrilmir və faizdən yenidən faiz tutulması qanunaziddir:

“Ali Məhkəmə qeyd edir ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.

Bir sözlə, faizdən faiz tutulması qanunaziddir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər