media-img_7797

Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin Qəzzaya hücumlarının ən sərt şəkildə pisləndiyi qeyd edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında Fələstin xalqına qarşı hücumların davam etdirilməsi, uşaq, qadın və müdafiəsiz dinc əhalinin qanının axıdılması İsrailin soyqırımı və məcburi köçün dayandırılması ilə bağlı öhdəliklərindən rəsmi şəkildə yayınması və İsrail ordusunun Qəzzadan çıxarılması zərurətindən yayınması kimi qiymətləndirilib.

Bəyanatda, İsrailin hücumunun Fələstin dövlətinin yenidən qurulması planına sərf edilən səyləri puça çıxardığı ifadə edilib.

Nazirliyin bəyanatında Qəzza zolağında törədilən soyqırım cinayətinin və Fələstin xalqının məcburi köçkünlüyünün dayandırılması üçün təcili beynəlxalq müdaxilə tələb olunub.

Bəyanatda siyasi həll yollarının, sakitliyin təmin edilməsi və hücumların dayandırılmasının münaqişənin həlli üçün siyasi üfüqün yenidən açılmasının əsas yolları olduğu vurğulanıb və beynəlxalq ictimaiyyətdən hücumların dərhal dayandırılması üçün qətiyyətli mövqe nümayiş etdirməsi istənilib.


Bənzər xəbərlər