Film kimi hadisə: Məhbus avtomobilin arxa şüşəsini sındırıb, qaçmaq istədi - VİDEO
ABŞ-də film səhnəsini xatırladan məhbusun qaçış cəhdi baş verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Oklahoma Siti ştatında həbsxana mikroavtobusunun arxa pəncərəsindən əli qandallı bir məhbusun çıxmağa çalışdığı anlar kameraya düşüb.
Məlumata görə, məhbus arxa pəncərəni sındıraraq qaçmağa cəhd edib. O, hətta hərəkətdə olan digər avtomobillərə əlini uzadaraq sürücülərdən kömək istəyib.
Lakin sürücülər hadisəyə dərhal reaksiya göstərərək polisə məlumat veriblər. Bununla da məhbusun qaçışının qarşısı alınıb.
Qeyd edək ki, hadisə sentyabrın 2-də yolda hərəkətdə olan sürücülərdən biri tərəfindən qeydə alınıb. Görüntülər isə yalnız bir müddət sonra ictimaiyyətə təqdim edilb.
Gülbəniz Səfərova






