media-inshot_20260401_144856942

Çin bu dəfə hərbi sahədə silahlı hərbçiləri əvəz edəcək yeni robot ixtira edib.

Patrul.az xəbər verir ki, Çinin istehsal etdiyi bu yeni nəsil robotlar kəşfiyyat işləri ilə yanaşı, həm də üzərlərində quraşdırılmış avtomat silahlar və qumbaraatanlar vasitəsilə birbaşa döyüş tapşırıqlarını yerinə yetirirlər.

Hərbi məqsədlər üçün hazırlandığı bildirilən bu robotların əsas üstün cəhəti hərəkət edərkən hədəfləri dəqiq vurması və uzaqdan idarə olunmasıdır. Onlar çətin şəhər döyüşlərində əsgərləri əvəz edərək ön xətdə hədəfləri müəyyən edib, məhv edəcəklər.

Bu texnologiyalar artıq bir neçə dəfə real hərbi təlimlərdə, o cümlədən Kamboca ilə keçirilən “Qızıl Əjdaha” təlimlərində və Rusiya sərhədi yaxınlığında sınaqdan keçirilib.

Bununla bağlı sosial mediada yayılan görüntülərdə silahlarla təchiz olunmuş dördayaqlı robotların əsgərlərdən öndə hərəkət edərək onlarla birlikdə hədəflərə atəş açdığı əks olunub.

Robotlar uzaqdan operatorlar tərəfindən idarə olunsa da, onlara müəyyən dərəcədə avtonomiya (özbaşına qərarvermə) imkanı verən süni intellekt tətbiq edilir. Ona görə də istehsalçılar bu cür “qatil robotların” nəzarətsiz istifadəsinin və hədəf seçimi zamanı yarana biləcək səhvlərin ciddi etik və təhlükəsizlik riskləri yaratdığını vurğulayıblar.

Qeyd edək ki, bu texnologiya Çin hərbi sənayesinin “ağıllı müharibə” (AI warfare) konsepsiyasının tərkib hissəsi hesab olunur.

Gülbəniz Səfərova


Bənzər xəbərlər