Flaş iddiası: Tramp diplomatik missiyaları bağlamağı planlaşdırır
ABŞ rəsmiləri prezident Donald Tramp administrasiyasının xaricdəki bir çox diplomatik missiyalarını bağlamağı planlaşdırdığını iddia ediblər.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton administrasiyasının yaya qədər əsasən Avropada olan onlarla konsulluğu, eləcə də bir çox nümayəndəliklərini bağlamağı planlaşdırıldığı bildirilib.
Xəbərdə bu vəziyyətin nümayəndəliklərdə çalışan bir çox yerli işçilərin işdən çıxarılacağı anlamına gəldiyinə diqqət çəkilib.
Adının açıqlanmasını istəməyən rəsmilər, ABŞ dövlət katibi Marko Rubionun ötən ay missiyalara göndərdiyi məlumat notunda personalın “minimum səviyyədə” saxlanılmasını istədiyini, həftə ərzində ABŞ rəhbərliyinin göndərdiyi başqa bir mesajda isə missiyalardakı personalın “israf” mövzusunda diqqətli olması lazım olduğu bildirilib.
Rəsmilər bunun ABŞ-ın kəşfiyyat imkanlarına zərər verə biləcəyini və əməkdaşlıq imkanlarının qarşısını ala biləcəyini iddia edirlər.
Rəsmilərin sözlərinə görə, diplomatik nümayəndəliklərlə bağlı planlar Dövlət Departamentinin əməliyyat büdcəsini demək olar ki, 20 faiz azaltmaq siyasətinin əksidir.