media-inshot_20250918_210932926

Azərbaycan təkcə zəngin mədəniyyəti ilə deyil, həm də beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi ilə Qafqazın lider ölkəsi sayılır. Bu möhtəşəm tədbirlərdən biri də 19–21 sentyabr tarixlərində keçiriləcək “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025″dir.

Bakıda ilk dəfə 2016-cı ildə start götürən Formula-1 yarışı artıq ənənəyə çevrilib və 2026-cı ilə qədər ölkəmizdə təşkil olunacaq. Hər il on minlərlə tamaşaçını bir araya gətirən bu möhtəşəm yarış həm paytaxtın dinamik həyatına xüsusi rəng qatır, həm də Azərbaycanın dünyada tanınmasına böyük töhfə verir.

Maraqlıdır ki, Azərbaycan “Formula-1 Qran Pris”ə ev sahibliyi etməklə hansı üstünlüklər qazanır?

Deputat Mehriban Vəliyeva bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, bu mötəbər yarış ölkəmizin beynəlxalq idman ailəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirir və Azərbaycanın uğurlarını dünya arenasında göstərir:

“Formula-1 Azərbaycan Qran Prisi”nin yenidən ölkəmizdə keçirilməsi təkcə bir idman hadisəsi deyil, həm də Azərbaycanımızın gücünü, müstəqil dövlətimizin qüdrətini və dünyadakı nüfuzunu əks etdirən böyük bir qürur mənbəyidir. Bu mötəbər yarış ölkəmizin beynəlxalq idman ailəsində etibarlı tərəfdaş olduğunu bir daha sübut edir və müstəqil Azərbaycanın uğurlarını bütün dünyaya nümayiş etdirir.

Azərbaycan Formula-1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir. İlk dəfə “Avropa Qran Prisi” adı ilə keçirilən yarış 2017-ci ildən etibarən rəsmi olaraq “Azərbaycan Qran Prisi” adlandırılıb. Bu dövr ərzində yalnız 2020-ci il pandemiya səbəbindən ləğv olunmaqla, 2016–2025-ci illər ərzində yarış ardıcıl olaraq təşkil olunmuşdur”.

M. Vəliyeva həmçinin hər bir yarış həftəsi dövlət büdcəsinə təxminən 100–150 milyon ABŞ dolları həcmində əlavə gəlir gətirirdiyini vurğulayib:

“Formula-1 Azərbaycan Qran Prisi” hər il paytaxtımız Bakını dünyanın diqqət mərkəzinə çevirir. Dünya mediasının və milyonlarla tamaşaçının izlədiyi bu yarış Azərbaycanın gözəlliyini, tarixi və mədəni irsini, həm də müasir inkişaf yolunu bütün dünyaya tanıdır. Yarışın ölkəmizə iqtisadi təsiri böyükdür: hər bir yarış həftəsi dövlət büdcəsinə təxminən 100–150 milyon ABŞ dolları həcmində əlavə gəlir gətirir. Eyni zamanda, minlərlə turist Bakıya gəlir – yalnız 2019-cu ildə bu rəqəm 100 mindən çox olmuşdur – və bu, ölkəmizin turizm sektorunun, otellərin, iaşə və xidmət sahələrinin inkişafına mühüm töhfə verir.

Ən önəmlisi isə bu yarışlar gənclərimiz üçün böyük bir örnəkdir. Azərbaycan gənci bu yarışlara baxaraq öz Vətəninin dünyada söz sahibi olduğuna, hər sahədə uğur qazanmaq gücünə malik olduğuna inanır. Formula-1 təkcə sürət və mübarizə simvolu deyil, həm də Azərbaycan dövlətinin əzmini, iradəsini və qalibiyyət ruhunu təcəssüm etdirir.

Bütün bunların əsasında dövlətimizin uzaqgörən siyasəti, Prezident cənab İlham Əliyevin idmana göstərdiyi böyük qayğı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti dayanır. Məhz bu diqqət və dəstək nəticəsində Azərbaycan dünyanın ən mötəbər idman tədbirlərinə ev sahibliyi edən güclü dövlət kimi tanınır”.

Cəmilə Cəfərzadə

 


Bənzər xəbərlər