Fransa Azadlıq heykəlini geri tələb edir
Avropa Parlamentinin fransalı üzvü Rafael Gülüksman Fransanın 140 il əvvəl ABŞ-a hədiyyə etdiyi Azadlıq heykəlini geri tələb edib. O, Birləşmiş Ştatların artıq hədiyyəyə səbəb olan dəyərləri təmsil etmədiyini söyləyib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı deputatın açıqlamasına Vaşinqtondan reaksiya gəlib. Ağ Evin sözçüsü Karolin Leavitdən deputatın sözlərini soruşduqda o, “Biz olmasaydıq, fransızlar almanca danışardı” deyib.
Leavit bu sözləri ilə İkinci Dünya Müharibəsinə işarə etdi. Hitler Almaniyası 1940-cı ildə Fransaya hücum etdi və qısa müddətdə bütün ölkəni işğal etdi. ABŞ isə 1944-cü ildə Normandiya desantını həyata keçirdi və alman əsgərlərini Fransadan çıxardı.