media-650x344-fransa-dunya-kupasinda-bu-kez-finali-goremedi-1784068806312

Fransa milli komandası futbol üzrə 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyib.

Patrul.az xəbər verir ki, turnirin yarımfinal mərhələsində İspaniya yığması ilə qarşılaşan “xoruzlar” 2-0 hesabı ilə məğlub olublar.

Bununla da ardıcıl üçüncü dəfə dünya çempionatlarında yarımfinala yüksələn Fransa bu dəfə həlledici matçdan kənarda qalıb.

Xatırladaq ki, Fransa seçməsi 2018-ci ildə Rusiyada keçirilən mundialda çempionluq qazansa da, 2022-ci ildə Qətərdə təşkil olunan final qarşılaşmasında Argentinaya penaltilər seriyasında da uduzmuşdu.

Qeyd edək ki, İspaniya millisi son illərdə Fransa üzərində aşkar üstünlüyü ilə diqqət çəkir. Piriney təmsilçisi 2024-cü il Avropa çempionatının yarımfinalında fransızları 2-1 hesabı ilə üstələyərək turnirin qalibi olmuş, ötən il isə Millətlər Liqasının analoji mərhələsində rəqibini 5-4 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Uğursuz nəticənin ardınca Fransa millisinin baş məşqçisi Didye Deşam turnirdən sonra istefa verəcəyini açıqlayıb. 57 yaşlı mütəxəssis İspaniyaya qarşı keçirilən bu oyunla dünya çempionatları tarixində komandanın başında rəhbərlik etdiyi matçların sayını 26-ya çatdırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər