Fransada məktəbə bıçaqlı hücum: Müəllim və şagird yaralandı
Fransada məkətəbə bıçaqlı hücum edilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Antibes şəhərində kənd təsərrüfatı məktəbinə bıçaqlı hücum nəticəsində bir müəllim və şagird yüngül xəsarət alıb.
Məlumata görə, polis hadisə yerində şübhəlini saxladıqdan sonra onun məktəbin keçmiş şagirdi olduğu ortaya çıxıb.
Qeyd edək ki, xəsarət alanların vəziyyətinin stabil olduğu, həyatları üçün təhlükə olmadığı bildirilib.






