media-inshot_20250910_143318901

Fransada “Hər şeyi blokla” hərəkatı çərçivəsində kütləvi etiraz aksiyaları başlayıb.

Patrulaz.az “France24″ə istinadla xəbər verir ki, Paris və digər şəhərlərdə 1000-dən çox insan nümayişlərdə iştirak edib.

Etirazlar baş nazir Fransua Bayru parlamentdə etimad səsverməsində məğlub olduqdan və qənaət tədbirlərini elan etdikdən sonra başlayıb. Bayrounun istefasından sonra Fransa Prezidenti Emmanuel Makron onun yerinə Sebastien Lecornu yeni baş nazir olaraq təyin edib. Bu dəyişikliklər ölkədə siyasi qeyri-sabitliyi artırıb.

Görüntülərdə etirazçılar zibil qutularını yandırır, magistral yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olurlar. Polis isə gözyaşardıcı qazdan istifadə edərək nümayişləri dağıtmağa çalışır.

Fransa hökuməti etirazların qarşısını almaq üçün ölkə üzrə 80,000 polis əməkdaşı yerləşdirmiş, lakin bu tədbirlər etirazçıları dayandırmağa kifayət etməyib. Məlumata görə, etiraz aksiyaları zamanı ölkə üzrə, ümumlikdə 200-dən çox şəxs həbs edilib.

Qeyd edək ki, “Bloquons Tout” (Hər şeyi blokla) hərəkatı yay aylarında yaranıb və “TikTok”, “X” və digər onlayn platformalar vasitəsilə sürətlə yayılıb. Hərəkatın əsas çağırışı dövlətin qənaət tədbirlərinə, tətillərin dayandırılmasına və pensiyaların dondurulmasına etirazdır.


Bənzər xəbərlər