media-inshot_20250827_222900019

Fransada maraqlı hadisə baş verib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, fransalı qadın qatarda pişiyinin ucadan miyovlaması səbəbindən dəmir yolu şirkəti tərəfindən 110 avro məbləğində cərimələnib.

Məlumata görə, qadın həyat yoldaşı və pişiyi ilə birlikdə səyahətə çıxıb. Onların dediyinə görə, səyahətə öyrəşmiş heyvan qəfəsdə olmasına baxmayaraq, yol boyu səs çıxarıb. Bu isə digər sərnişinlərin narazılığına səbəb olub.

Şikayətlərdən sonra müfəttiş cütlüyə oturacaqlarını dəyişməyi təklif edib, lakin onlar bundan imtina ediblər. Səfərin sonunda isə qadına “səs-küy yaratmaq və ictimai asayişi pozmaq” adı ilə cərimə yazılıb.

Qeyd edək ki, cərimədən sonra qadın bu qərarın ləğvini tələb edib və cavab almayana qədər qatardan istifadə etməyəcəyini bildirib.


Bənzər xəbərlər