media-img_9237

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib. Məsələ ilə bağlı Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli öz fikirlərini Patrulaz.az-a bölüşüb:

“Fransanın Azərbaycana qarşı qərəzli və bəzi hallarda düşmənçilik siyasəti yenilik deyil. Biz daim Fransa tərəfindən bu cür riyakar və ikili standartlara malik siyasəti öz çılpaqlığı ilə müşahidə etmişik. Əlbəttə ki, bu, çox böyük təəssüf və hiddət doğuran məsələlərdən biridir. Fransa həm işğal dövründə Ermənistanı dəstəkləyib, Azərbaycanın haqlı və ədalətli mövqeyini arxa plana atıb, həm də 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri zamanı riyakar mövqe tutub. Çünki Azərbaycanın yürütdüyü müstəqil və milli maraqlara əsaslanan siyasət heç vaxt Fransa tərəfindən normal qarşılanmayıb. Bugünkü gündə də Fransa işğalçı Ermənistanı müdafiə etməklə bundan bir vasitə kimi istifadə edir. Fransa Azərbaycana qarşı beynəlxalq səviyyədə gözdənsalma və qarayaxma kampaniyaları həyata keçirir. Məqsəd isə Azərbaycanın haqlı mövqeyini beynəlxalq arenada əngəlləməkdir”.
media-40aab998-cad9-4d38-b938-1fcb168efaed
Onun sözlərinə görə, Fransa Ermənistana həm hərbi baxımdan yardım göstərir, silahlandırma prosesində yaxından iştirak edir, həm də siyasi arenalarda öz dəstəyini əsirgəmir:

“Görünən odur ki, Fransa Ermənistanı silahlandıraraq Cənubi Qafqazda yeni müharibə başlatmaq istəyir. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Azərbaycana qarşı sərsəm bəyanatları bu dövlətin əsl mahiyyətini dünya səviyyəsində bir daha açıq-aşkar ortaya qoyur. Öz qanlı tarixini unudan Fransa Cənubi Qafqazda gedən proseslərə burun soxmaqdan və işğalçı Ermənistanı dəstəkləməkdənsə öz riyakar və murdar əməllərindən xəcalət çəkməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər