media-photo-output

“Fransa Parlamentinin bu qəbildən olan qətnamələrinin sayı son zamanlarda kifayət qədər çoxalıb və heç bir təsir mexanizminə sahib olmadığını çox gözəl bilirlər. Xüsusilə Bakı Təşəbbüs Qrupunun fəaliyyətini hədəf alan belə yanaşmaların qərəzə əsaslanan mövqe olması faktı ümumiyyətlə müzakirəyə açıq məsələ deyil. Çünki Fransanın imperialist maraqlarını ifşa edərək müstəmləkəçilik əleyhinə mübarizədə önəmli platformaya çevrilən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bütövlükdə ədalətin bərqərar edilməsinə yönəlib”.

Bu sözləri Patrulaz.az-a Fransanın Azərbaycana qarşı yürütdüyü siyasət barədə şərh verən politoloq Aytən Qurbanova deyib.
media-cf5608f1-016d-425a-816a-e3e4c287739d

O bildirib ki, bu günə qədər keçirilmiş tədbirlər çərçivəsində Avropanın mərkəzində dünyaya demokratiya dərsi verməyə çalışan Fransanın necə asanlıqla xalqlara və dövlətlərə qarşı ayrı-seçkiliyi təbliğ etdiyinə dair əsaslı faktlar dünya ictimaiyyətinin diqqətinə təqdim edilib:

“Eləcə də, Fransanın Yeni Kaledoniyada, Korsikada və Martindəki müstəmləkəçilik əleyhinə çıxışlara qarşı zorakılıq aktları açıq və konkret sübutlarla ifşa edilir. Artıq qlobal sistemin bütün aktorlarına münasibətdə ədalətli yanaşmaların tətbiq edilməsi təmin edilməlidir. Ona görə də, Fransanın riyakar siyasətinin arxasında dayanan məkrli niyyətlərin bariz nümunəsi olan belə addımlar heç bir halda Azərbaycan üzərində təsir və təzyiq vasitəsi olmayıb və ola da bilməz”.

Ləman Sərraf


Bənzər xəbərlər