"Fransızlar daha çox işləməlidir" bəyanatı ölkəni ayağa qaldırdı
Fransada büdcə islahatlarına qarşı keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı saxlanılanların sayı 473 nəfərə çatıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiyalar zamanı Parisdə 203 nəfər saxlanılıb. Daha 339 nəfər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Etirazların fonunda Fransada siyasi böhran daha da kəskinləşib. Baş nazir Fransua Bayru sentyabrın 8-də parlamentdə kabinetinə etimadsızlıq səsverməsindən sonra istefa verib. Fransa Prezidenti Emmanuel Makron isə hökumət başçısı vəzifəsinə müdafiə naziri Sebastyan Lekornunu təyin edib.
Xatırladaq ki, iyul ayında Bayru 2026-cı il büdcə layihəsini təqdim edərkən 40 milyard avro əvəzinə 43,8 milyard avro qənaət planını açıqlamışdı. Layihəyə görə, pensiya və sosial müavinətlər inflyasiya ilə indeksləşdirilməyəcək, Müdafiə Nazirliyindən başqa heç bir qurumun büdcəsi artırılmayacaq.
Bayrunun “fransızlar daha çox çalışmalı” bəyanatı isə etirazların miqyasının genişlənməsinə səbəb olub.






