"Fukusima" faciəsindən sonra dünyanın ən böyük atom stansiyası yenidən fəaliyyətə başlayacaq
Yaponiya yenidən dünyanın ən böyük atom elektrik stansiyasını işə salır.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya 2011-ci ildə Fukusima-1 qəzasından sonra ilk dəfə Niigata prefekturasında yerləşən “Kaşivazaki-Kariwa Atom Elektrik Stansiyası”nı işə salmağa başlayıb.
Xatırladaq ki, Fukusima-1 qəzası 2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələ və tsunami nəticəsində soyutma sistemlərinin sıradan çıxması ilə reaktorlarda radiasiya sızmasına səbəb olub. Ümumi fəlakət nəticəsində 15 mindən çox insan həyatını itirib.
Məlumata görə, sakinlər əvvəlki qəzanın təkrar baş vermə ehtimalından narahat olaraq stansiyanın işə salınmasına etiraz edirlər.
TEPCO-nun sözçüsü Masakatsu Takata isə buna cavab olaraq, belə bir qəzanın bir daha yaşatmamağa və Niigata sakinlərinin təhlükəsizliyini təmin etməyə qərarlı olduğunu söyləyib.
Qeyd edək ki, ilk reaktor 20 yanvarda işə düşəcək və Tokionun enerji təchizatını təxminən 2% artırması gözlənilir.






