media-inshot_20250718_141513748

İyulun 18-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Patrulaz.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-da isə 41° dərəcəyədək isti qeydə alınıb.


Bənzər xəbərlər