media-b53fb722-69a3-4ff6-b92c-afd5512846bb

Qısa müddət əvvəl “Çift kişilik oda” serialı ilə ekranlara qayıdan Devrim Özkan həm karyerası, həm də şəxsi həyatı ilə gündəmdən düşmür.

Patrulaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımları ilə də adından tez-tez söz etdirən məşhur aktrisa bu dəfəki paylaşımı ilə pərəstişkarlarını qorxudub.
 26 yaşlı sənətçi yaşadığı sağlamlıq problemi səbəbilə əməliyyat olunduğunu açıqlayıb.
Xəstəxana palatasından paylaşım edən Devrim Özkan səhhəti ilə bağlı məlumat verib. Məşhur aktrisa paylaşımında bunları deyib:
“Hər şey qaydasındadır, dostlar. Bu gün kiçik bir əməliyyat… Sonra inşallah sağlamlığıma qovuşuram. Təşəkkür edirəm”.

Ləman Sərraf

media-eadba837-aff4-480d-9a20-02b2d60eb5bf


Bənzər xəbərlər