media-img-20250619-wa0015

Çinin Hangjou şəhərində yaşayan 30 yaşlı Ma adlı qadının silikon döş implantları sayəsində ölümdən xilas olması ilə gündəmə gəlib. 

Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, gənc qadın, 22 bıçaq zərbəsi almasına baxmayaraq sağ qalmağı bacarıb.

Hadisə qadının alış-veriş mərkəzinin avtodayanacağında avtomobilinə minmək istədiyi zaman baş verib. Tanımadığı bir şəxs birdən avtomobilin ön oturacağına oturaraq onu bıçaqla hədələyib.

Cinayətkar əvvəlcə qadına avtodayanacaq haqqını ödətdirib, daha sonra isə onu avtomobillə birlikdə başqa bir yerə aparmağa məcbur edib. Lakin Ma kişinin ehtiyatsızlığından istifadə edərək gizlicə sevgilisinə canlı məkan göndərib. Onun sevgilisi də bu məlumatı dərhal polisə çatdırıb.

Gəldikləri ərazidə təcavüzkar Ma’dan pul tələb edib. Qadının üzərində pul olmadığını öyrəndikdə, bu dəfə dostlarından borc almasını istəyib. Elə bu anda polis hadisə yerinə çatıb. Polisi görən şəxs Ma’ya bıçaqla hücum edib, daha sonra isə özünə qəsd edib.

Gənc qadın cəmi 22 bıçaq zərbəsi alıb. Lakin həkimlərin sözlərinə görə, onun silikon döş implantları bıçaq zərbələrinin təsirini xeyli azaltmış, beləliklə də həyatını xilas etmişdir. Hal-hazırda xəstəxanada müalicə olunan qadının səhhəti stabil olaraq qiymətləndirilir.

Ləman Sərraf


Bənzər xəbərlər