media-inshot_20250730_092354944

Perunun paytaxtı Limada internet təmiri məqsədilə texniki işçiləri evinə dəvət edən 24 yaşlı qadın təcavüzə uğrayaraq öldürülüb.

Patrulaz.az Yerli KİV-ə stinadla xəbər verir ki, Mariya adlı qadın Wi-Fi qoşulması üçün çağırdığı iki texnik işçi – Jan Karlos və Ruben Dario tərəfindən evində təxminən 10 saat müddətində zorla saxlanılaraq, təcavüzə məruz qalıb. Cinayəti törədən şəxslər daha sonra hadisə yerindən qaçmağa çalışıblar.

Məlumata görə, Mariya isə onların arxasınca küçəyə qaçaraq qaçmalarına mane olmaq istəyib. Mikroavtobusun qarşısını kəsmək üçün kapota çıxan qadın yıxılaraq maşının altında qalıb və aldığı ağır xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, cinayətkarlar artıq saxlanılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər