media-b35d777e-968e-46d7-8a44-9c9c2de4f0fd

Redaksiyamıza daxil olan məlumata görə, Gəncə şəhəri Məhsəti qəsəbəsi, 29-cu küçədə yaşayan 2-ci Qarabağ müharibəsi iştirakçısı Ələsgərov Sənan Ələsgər oğlu 06 iyul 2025-ci il tarixində qonşusu tərəfindən döyüldüyünü iddia edir. Onun sözlərinə görə, hadisə Gədəbəy rayon İcra nümayəndəsi vəzifəsində çalışan Əliyev Nicat Tofiq oğlu tərəfindən törədilib.

Ələsgərov Sənan bildirib ki, qonşuluqda yaşayan Əliyev Nicat ona qarşı fiziki güc tətbiq edib və onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisədən sonra zərərçəkmiş şəxs dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib.

İddialara əsasən, insidentdən dərhal sonra Əliyev Nicat Tofiq oğlu ona məxsus olduğu bildirilən 10-SD-884 dövlət qeydiyyat nişanlı, “Lexus” markalı avtomobil ilə hadisə yerindən uzaqlaşıb. Redaksiyamıza təqdim olunan videogörüntülərdə bu hərəkətlər qeydə alınıb.

Məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Ələsgərov Sənanın izahatı alınıb və o, müvafiq olaraq məhkəmə-tibbi ekspertizaya yönləndirilib.

Səməndər Niftəliyev


Bənzər xəbərlər