Gəncədə zəncirvari qəza: 5 nəfər yaralandı
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Patrulaz.az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan bir neçə avtomobil toqquşub.
Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.






