media-inshot_20260129_203218547

Hər kəsin şəxsi və ailə həyatına aid sirri qorumaq hüququ var. Lakin son illər təkcə Azərbaycanda deyil, bütün dünyada istər internet, istərsə də digər vasitələrlə yayılan xəbərlər, gizli səsyazmalar və video çəkilişlər böyük rezonansa səbəb olur. Hətta obyektlərdə gizli kameralar və səsyazma qurğuları quraşdırmaqla istənilən insanla bağlı məlumatlar əldə edib təhdid edənlərə də rast gəlirik. Çox təəssüf ki, belə hallar insanlar arasında inamsızlığa gətirib çıxarır.

Bəs, belə vasitələrdən məhkəmədə sübut kimi istifadə etmək mümkündürmü? Bu cür hallar Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri Xəyal Bəşirov Patrul.az-ın suallarını cavablandırıb.

O bildirib ki, hər hansı bir şəxs digər şəxsin gizli şəkildə görüntülərini çəkməsi və ya səsini yazması özü-özlüyündə qanunsuzluqdur:

“Gələcəkdə də həmin şəxsə qarşı gizli qeydə alınmış bu səs yazısı və ya görüntülərdən dəlil kimi istifadə edə bilməz.

Bu bir halda Azərbaycan qanunvericiliyinə sübut kimi təqdim oluna bilər. Həmin şəxs digərinin razılığı ilə onun görüntüsünü çəkdikdə yaxud səsini yazdıqda bu mümkün olar”.

media-inshot_20260129_202717489

Hüquqşünas digər bir məqamı da qeyd edib: 

“Sözügedən görüntülərdə hər hansı cinayət hadisəsi baş verirsə, bu zaman ondan həmin təqdim edən şəxsin xeyrinə istifadə edilmir. Bu halda sadəcə müvafiq qurumlar cinayət hadisəsinin üstünü açmaq üçün bu görüntülərdən dəlil kimi istifadə edəcəkdir”.

Ləman Sərraf


Bənzər xəbərlər