media-img_7859

“Google” ağdərili və asiyalı işçilərə digər etnik mənsubiyyətlərdən olan işçilərə nisbətən daha yaxşı maaş və karyera imkanları ödəməkdə ittiham edilərək açılan iddianın bir hissəsi olaraq 28 milyon dollar ödəməyə razılaşıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş “Google” işçisi Ana Cantu tərəfindən 2021-ci ildə açılan məhkəmə iddiasında şirkəti ağdərili işçilərə daha çox maaş vermək, digərlərinə isə az maaşla yanaşı, karyera imkanları təklif etməməkdə ittiham edərək, razılaşma əldə olunub.

Meksika əsilli Cantu, “Google”da 7 ildən çox çalışdığını, lakin ağ və asiyalı həmyaşıdları irəli çəkilərkən heç vaxt yüksəlmədiyini söyləyib.

“Google” 15 fevral 2018-ci il və 31 dekabr 2024-cü il tarixləri arasında işləyən 6632 işçinin adından qaldırılan iddianın bir hissəsi olaraq 28 milyon dollar ödəməyə razılıq verib.

Kaliforniya Santa Clara Ali Məhkəməsinin hakimi Çarlz Adams tərəflər arasında əldə olunan razılaşmaya ilkin razılıq verib.

“Google” isə işçilərinə qarşı ayrı-seçkilik etdiyinə dair ittihamları qəbul etmədiyini açıqlayıb.


Bənzər xəbərlər