media-inshot_20250609_221909435

Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı KIA markalı minik avtomobili yaşayış evinə çırpılıb.

Patrulaz.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Onlardan biri Xocalı rayon sakini, 1986-cı il təvəllüdlü Ramal Mehdiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər xəsarət alan şəxsin isə Bakı şəhər sakini olduğu qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər