Goranboyda iki bacını avtomobil vurdu
Goranboyda avtomobil yolu keçmək istəyən 14 və 17 yaşlı bacıları vurub.
Patrulaz.az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.






