media-piyada_qadin

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi azyaşlının xəsarət alması ilə nəticələnib.

Patrulaz.az “Bakues.az”a istinadən xəbər verir ki, hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb. Belə ki, Kəmalə Abdullayeva idarə etdiyi “Nissan” markalı avtomobillə 2014-cü il təvəllüdlü Zeynəb Bayramovanı vurub.

Avtomobilin yolu sürətlə keçməyə çalışan azyaşlını vurma anı təhlükəsizlik kamerasına düşüb.

İlkin tibbi yardımdan sonra azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, 11 yaşlı Zeynəbin vəziyyəti hazırda qənaətbəxşdir:

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.


Bənzər xəbərlər