Göy qurşağının içindən keçən tornado görənləri təəccübləndirdi - VİDEO
ABŞ-nin Nebraska ştatında baş verən tornado zamanı göy üzündə eyni anda yaranan göy qurşağı nadirən rast gəlinən heyrətamiz mənzərə yaradıb.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, fırtına nəticəsində yaranan uzun və burulğanlı tornado göy qurşağının içindən keçib. Təbii hadisələrin bu şəkildə üst-üstə düşməsi izləyənlərə unudulmaz görüntülər təqdim edib.
Qeyd edək ki, tornadonun baş verməsinə baxmayaraq, hadisə zamanı xəsarət alan olmayıb.
Həmin görüntüləri təqdim edirik:
Gülbəniz Səfərova






